Главная » 2014 » Май » 12 » Valideynə itaət etmək
15:39
Valideynə itaət etmək

Bismillahir Rəhmanir Rəhim

Allah təbarəkə və taala Qurani-Kərimdə İsra surəsinin 23 və 24-cü ayələrində belə buyurur:

فَلَا كِلَاهُمَا أَوْ أَحَدُهُمَا الْكِبَرَ عِنْدَكَ يَبْلُغَنَّ إِمَّا إِحْسَانًا وَبِالْوَالِدَيْنِ إِيَّاهُ إِلَّا تَعْبُدُوا أَلَّا رَبُّكَ وَقَضَى*  وَقُلْ الرَّحْمَةِ مِنَ الذُّلِّ جَنَاحَ لَهُمَا وَاخْفِضْ * كَرِيمًا قَوْلًا لَهُمَا وَقُلْ تَنْهَرْهُمَا وَلَا أُفٍّ لَهُمَا تَقُلْ

*صَغِيرًا رَبَّيَانِي كَمَا ارْحَمْهُمَا رَبِّ

"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de”.

Ayələrdən göründüyü kimi valideynlər Allah (c.c) yanında əzəmətli bir məqam sahibidirlər. Necə ki, Allah (c.c) bu ayədə onları öz ibadəti, şükrü və razılığı ilə yanaşı olaraq hallandırmışdır. Həmçinin övladın boynunda da onlar barəsində vacib olan  haqlar qərar vermiş və onlara əziyyət etməyi də haram etmişdir. Hədislərə baxdıqda görürük ki, valideynə əziyyət etmək insanı cəhənnəmə daxil edən böyük günahlardan biri hesab olunur və Allah (c.c) valideynə qarşı əziyyət edən şəxsin zülmkar və asi olduğunu bildirmişdir. Necə ki, Allah (c.c) Məryəm surəsinin 32-ci ayəsində İsa (əla nəbiyyina və əleyhi və alihi və səlləm)- in dilindən belə buyurur:

*شَقِيًّا جَبَّارًا يَجْعَلْنِي وَلَمْ  بِوَالِدَتِي وَبَرًّا*

"O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, zülmkar və  asi (dikbaş) etmədi!”

Həmçinin Allah təbarəkə və taala Loğman surəsinin 14-cü ayəsində də buyurur:

اشْكُرْ أَنِ عَامَيْنِ فِي وَفِصَالُهُ وَهْنٍ عَلَىٰوَهْنًا أُمُّهُ حَمَلَتْهُ بِوَالِدَيْهِ الْإِنْسَانَ وَوَصَّيْنَا*

*الْمَصِيرُ إِلَيَّ وَلِوَالِدَيْكَ لِي

"Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik.”

Valideynə yaxşılıq etmək və onlara əziyyət etməmək barəsində hədislər hədsiz dərəcədə çoxdur. Biz yalnız onlardan bir neçəsini sizlərə çatdırmaq istəyirik:

İbrahim ibni Məhzəm adlı bir şəxs deyir:

Bir gün anamla mənim aramda mübahisə oldu və mən anamla kobud danışdım. Səhəri gün İmam Sadiq (ə)-ın yanına getdim. Eleə ki, içəri daxil olmaq istəyirdim ki, İmam (ə) məni qabaqlayıb dedi:- Ey Məhzəmin oğlu! Səninlə anan arasında nə baş verib? Mən cavabında dedim ki,- anama qarşı açıq-aşkar kobudluq etmişəm. Daha sonra İmam (ə) mənə belə buyurdu:- Məgər sən bilmirsənmi ananın qarnı mənzildir və sən orada məskun olmusan? Məgər sən bilmirsənmi ananın qucağı beşikdir və səni orada yellətmişdir? Məgər sən bilmirsənmi ananın sinəsi bir qabdır ki, sən o qabdan süd içmisən? Mən dedim: Bəli, düz deyirsiniz. O (ə) isə mənə dedi: Heç bir zaman onunla kobud rəftar etmə!

Mənbə: "Bəsairud-dərəcat, səhifə 243”.

Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

*اللَّهِ سَبِيلِ فِي وَالْجِهَادِ وَالْعُمْرَةِ وَالْحَجِّ وَالصَّوْمِ الصَّلاةِ مِنَ أَفْضَلُ الْوَالِدَيْنِ بِرُّ*

"Valideynə yaxşılıq etmək namaz, oruc, həcc, ümrə və Allah yolunda cihad etməkdən daha fəzilətlidir.”

Mənbə: "Əl-məhəccətul-bəyza, cild 3, səhifə 434”.

İmam Rza (ə) buyurur:

*نظر الولد إلى والديه حباً لهما عبادة*

"Övladın valideynə məhəbbətlə baxması ibadətdir.”

Sual:

Ayə və hədislərdən bizə bəlli oldu ki, valideynə yaxşılıq etmək, onlarla daim xoş rəftar edərək onları incitməmək vacib, əksi isə haramdır. Amm bəzən görürük ki, valideynlər övladın haqqını nəzərə almırlar və övladlarını ona Allahın vacib etdiyi əməllərdən çəkinməyə məcbur edirlər. Bu cür hallarda övladın vəzifəsi nədir?

Cavab:

Əvvəla onu deyək ki, "İtaət” sözünün lüğətdəki mənası "Boyun əymək”-dir. Bu mənada ki, sənə bir şeyi əmr və qadağan edən şəxsin əmr və qadağalarına boyun əyirsən, yəni onunla müxalifət etmirsən. Valideynə itaət etmək isə bu cəhətdən "itaət” adlanmışdır ki, Allahın (ə) əmr və qadağaları istisna olmaqla gərək insan öz valideyninin sözündən çıxmasın, onu incitməsin, vurmasın, ona ehtiram göstərsin və ayədə gəldiyi kimi onlara "uf” belə deməsin. Çünki belə etsən, nəhayətdə Allahın əmrindən çıxmış olursan. Həmçinin hədislərdə gəlmişdir ki, valideynin üzünə ağ olmaq böyük günahlardan hesab olunur. Amma valideynlə Allahın əmrləri qarşı-qarşıya gələrsə valideynə etdiyi əmr barəsində itaət etmək vacib deyil. Çünki bu zaman Allahla müxalifət etmiş oluruq.

Bu barədə Əmirul-muminin Əli (ə)-ın Nəhcul-bəlağədə olan hikmətlərindən birini nəzərinizə çatdırmaq istəyirik:

Əmirul-muminin Əli (ə) buyurur:

*لا طاعة لمخلوق في معصية الخالق*

"Xaliqə qarşı olan günah işlərdə məxluqa itaət etmək olmaz.”

Mənbə: "Nəhcul-bəlağə, 165-ci hikmət”.

Bu hikmətdən də göründüyü kimi, əgər valideynimiz bizə Allahla müxalifət etməyi əmr edərsə, yəni namaz qılmağın, oruc tutmağın, həccə getməyin və s.. vacibatların əksinə əmr edərsə, yaxud da musiqili və haram içki olan  məclislərdə iştirak etmək kimi haram bir işi icra etməyə məcdur edərsə, bu halda onların sözünə tabe olmaq vacib deyil, hətta bu iş onlara əziyyət etmiş olsa belə.

Sonda bu barədə Ayətullah Seyyid Əli Sistaninin rəyini nəzərinizə çatdırmaq istəyirik.

Sual:

Bir ata öz övladından xanımını boşamağı tələb edərsə, övladın bu məsələdə "Allahın razılığı valideynin razılığıdır” deyə atasına itaət etməyi vacibdirmi?

Cavab:

Bu məsələdə valideynə itaət etməsi vacib deyil. Yalnız övlada vacib olan budur ki, onlarla gözəl rəftar etsin və onlara əziyyət etməsin.

Mənbə: "Sistani.org, istiftaat, hüququl-valideyn, sual 15”.

Sual:                                                                                                                                                          Övladın atasına qarşı əl qaldırmasının hökmü nədir?

Cavab:

Bu haram olan bir əməldir. Gərək övlad bu əməlinə görə tövbə etsin və imkan daxilində onun razılığını əldə etsin.

Mənbə: "Sistani.org, istiftaat, hüququl-valideyn, sual 19”.

Sual:

Valideynə itaət etmək vacib yoxsa təkid olunmuş müstəhəbb bir əməldir?

Cavab:

Valideynə itaət etmək öz-özlüyündə vacib deyil. Lakin övladın valideyni ilə müxalifət etməsi onlara əziyyət edərsə və bu əziyyətin səbəbi də onların övladlarına qarşı olan şəfqət hissindən yaranırsa, bu halda onlarla müxalifət etmək haramdır.

Mənbə: "Sistani.org, istiftaat, hüququl-valideyn, sual 21”.

Bu cavablardan da gördük ki, valideynə itaət etmək öz-özlüyündə vacib deyil. Yalnız onlara əziyyət etmək haramdır. O da bir halda ki, onların övladlarına qarşı etdiyi əmr və qadağa şəfqət hissindən irəli gəlmiş olsun və Allahın əmrləri ilə zidd olmasın. Əks halda onların əmr və qadağalarının əksinə bir iş görmək heç də haram bir əməl deyil.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
 

Hazırladı: Meshedi Nurabi


 


 

Просмотров: 406 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: