Главная » 2014 » Май » 12 » Rəcəb ayının 13-ü Həzrət Əlinin (ə) mövlud günüdür
21:20
Rəcəb ayının 13-ü Həzrət Əlinin (ə) mövlud günüdür

Pеyğəmbərlərin sоnuncusu Həzrət Muhəmmədin (s) özündən sоnrаkı хəlifəsi, əmisi оğlu, kürəkəni, möminlərin vəlisi Əli (ə) Məhəmməd Peyğəmbərin (s) besətindən (peyğəmbərlik məqamına çatmasından) 10 il əvvəl rəcəb ayının 13-də Məkkədə Kəbənin içində dünyаyа göz аçıb. Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək. İmamım Əlinin (ə) ən məşhur ləqəbi Əmirəl-Möminindir. Qaynaqlar İmam (ə) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Hz.Əlinin (ə) ən məşhur künyəsi Əbul Həsəndir. Atası böyük məqаm sаhibi оlаn Əbu Tаlib (ə), anаsı isə Fаtimə (ə) binti Əsəddir.

1. Sizi yeganə Kəbə mövludlu bəşər İmam Əlinin (ə) mövludu münasibəti ilə təbrik edirik.

2. Mövludunuz mübarək! Bu gün Vilayət-günəşi, Allahın vəlisi olan Hz. Əlinin (ə) doğum günüdür.

3. Yetimlərin ağası Hz. Əlinin (ə) viladətidir bu gün. Sizə Əli (ə) kimi yetim haqqını qoruyan biri olmağı arzu edirəm

4. Allah Rəsuluna (s) ilk şəhadət verən insan olan İmam Əlinin (ə) mövludu münasibəti ilə təbrik edirik.

5. Mövlud bayramınız mübarək! Bu gün İmamət nurunun ilk sərçeşməsi olan Hz. Əlinin (ə) viladət günüdür.

6. Sizi Xeybər qalasının fatehi İmam Əlinin (ə) doğum günü münasibəti ilə təbrik edirik.

7. Mövlud bayramınız mübarək! Allah sizə Əlinin (ə) xanımı kimi xanım, övladları kimi övlad nəsib etsin.

8. Allah sizə Əli (ə) kimi şücaətli və mərd bir yoldaş nəsib etsin.

9. Allahdan sizə və yaxınlarınıza İmam Əli (ə) şücaəti, Əli (ə) rəhmi və Əli (ə) səbri əta etməsini diləyirəm.

10. Dünyada hər bir dərdin dərmanı Əli (ə) məhəbbətidir. Sizə Əli (ə) məhəbbəti sayəsində onunla həmahəng olmağı arzu edirəm.

11. Allah sizi bu dünyada Əli (ə) ziyarətindən, axirətdə də Əli (ə) şəfaətindən binəsib etməsin.

12. Sizə Əli (ə) kimi Allahı tanıyıb dərk etməyi elə Allahın özündən diləyirəm.

13. Yetim görəndə saşlarına sığal çəkin. Çünki ora Əlinin (ə) əli toxunub.

Просмотров: 958 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: