Главная » 2014 » Апрель » 28 » Quranda düzlük və sədaqət
21:45
Quranda düzlük və sədaqət



 

İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. “Tövbə” surəsinin 119-cu ayəsində deyilir: «Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!...»

Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük nemət

(Cənnəti) müjdə verir: «Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları [ağacları] altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, [möminlər üçün] böyük uğur və qurtuluşdur!»(“Maidə”, 119) 

Peyğəmbər (s) bu haqda buyurur: Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır.

Әli (ə) buyurur: Düz danışmaq böyük şərəf və ucalıqdır.

Başqa bir yerdə buyurur: Düz danışmaq ədalətlə qardaşdır.

İmam Sadiq (ə) buyurur: Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın.

Просмотров: 295 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: