Главная » 2014 » Май » 12 » Qadının irsi kişi ilə hansı halda bərabərdir?
14:21
Qadının irsi kişi ilə hansı halda bərabərdir?

Qadının irsi kişi ilə hansı halda bərabərdir? İşçilərin çoxlu faizini təşkil edən cəmiyyətdə, qadınla kişinin irsi bərabərdirmi?

Ümumiyyətlə iki halda qadınla kişi irsdə bərabərdirlər:

A). Ata və ana meyyitin (övlad) irsində çox yerdə bərabərdirlər,[1] yalnız neçə halı istisna etməklə:

1. Əgər meyyitin varisi yalnız onun ata və anası olsalar, mal üç hissəyə bölünür, iki hissəsini ata və bir hissəsini ana irs aparır. Amma əgər meyyitin iki qardaşı, ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa ki, onların hamısı ata tərəfdən olsa, yəni meyyitlə onların atası bir nəfər olsa, analarının eyni olub olmaması fərq eləmir, meyyitin ata- anası olduğuna görə bunlar (qardaş və bacı) irs aparmırlar. Amma bunların olmasına görə ana malın altıda birini irs aparır və qalanını ataya verirlər.[2]

2. Əgər meyyitin varisi yalnız ata- anası və bir qızı olsa, və məyyitin ata tərəfdən iki qardaşı ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa, malı altı hissəyə bölürlər. Ata və ananın hər biri bir hissə, qız isə üç hissəni irs aparır. Qalan bir hissəni dörd yerə bölürlər. onun bir hissəsini ata- anaya və üç hissəsini isə qıza verirlər. məsələn əgər meyyitin malını 24 hissəyə bölsələr, onun 15 hissəsini qıza, 5 hissəsini ataya və 4 hissəsini isə anaya verirlər.[3]

B). Əgər qadınla kişi meyyitin ana tərəfdən qohumlarından olsalar, irsləri bərabərdir. Bu qismin müxtəlif formaları var:

1. Ana tərəfdən olan bacı və qardaş[4]

2. Ana tərəfdən olan qardaş övladı və bacı övladı.[5]

3. Ana tərəfdən olan əmi və bibi.[6]

4. Dayı və xala (ana tərəfdən ya ata tərəfdən ya da həm ata və həm ana tərəfdən).[7]

Əlbəttə axırıncı iki qismi (üç, dörd) barəsində, ehtiyat- vacib odur ki, irsi bölərkən bir- biri ilə razılaşsınlar.[8]

Amma cəmiyyətin işçilərinin çoxunu təşkil edən qadınların irsini kişinin irsi ilə bərabər olması barəsində verdiyimiz sualın qaranlıqları var. Əgər məqsədiniz budur ki, o cəmiyyətdə ki, qadınların içşilərin çox faizini təşkil edir və müstəqil gəlurləri varlarıdır və ailənin xərclərini təmin etmək vəzifələri yoxlarıdır. Bunlar irsdə kişi ilə necə bərabərdirlər?

Cavab budur ki:

Bərabər olduqları yerlər nadirdir və az vaxt baş verir.

Bəzi vaxtlarda qadınla kişinin irsinin bərabər olması, islamın zəifliyinin və nöqsanının əlaməti deyil, əksinə bunun özü bu dinin kamilliyinin əlamətidir. Çünki bu yolla qadınlar daha çox can yandırmaqla, əsas vəzifələri olan uşaqları tərbiyə etməyə məşğul olarlar.

Əgər sualdan məqsədiniz budur ki, qadınların kişilərlə bərabər olduğu şəraitdə və onların da kişilər kimi evin dolanışığını təmin edənləri sayıldıqları və ailədə olmaları ailəyə böyük zərər vurması şəraiti olan halda, niyə kişilərlə irsdə bərabər deyildirlər?

Cavabda deməliyik ki; Qadınlar üçün evdən çöldə dini- əxlaqi qanunlara riayət etməklə işləməyin islam nəzərindən qadağan olmamasına baxmayaraq, amma islam cəmiyyətin əsas və mühüm məsələlərini riayət etməyə görə, qadınları daha çox evin daxili işlərini və problemlərini həll etməyə həvəsləndirir.[9] Bu da qadınların hissiyyat və ruhiyyəsinə daha uyğundur, həm də cəmiyyətin və gələcəyin daha yaxşı inkişafına kömək edəcək. Gələcək hazırda uşaq və ailədə böyüyüb və tərbiyələnən insanlarındır. Həqiqətdə cəmiyyətdə qadınların rolu əsaslı bir roldur. Yəni cəmiyyətin bünövrəsini hazırlayıb və tərbiyələndirmək, qadınların əli ilə baş verir. Bu böyük rolu yerinə yetirdiklərinə görə, evdən çöldə işləmək onlardan istənilməyib. Ona görə də ailənin xərsclərini təmin etmək kişinin öhdəsinə qoyulub. Təbiidir ki, belə bir sistemdə kişinin irsi çox olmalıdır.[10] Nəticə budur ki, əgər islamın müxtəlif hökm və göstərişlərini bir- birinin yanına qoysaq, bəzi yerdə qadının kişinin yarısı qədər irs aparması və digər yerlərdə bərabər irs aparması, bunların hamısının hikmət üzündən olduğunu görəcəyik.

Əgər bu sistemdə qadının irsi yarı olubsa, əvəzində ailənin xərclərini təmin etmək də qadının öhdəsinə qoyulmayıbdır. Əgər bəzi yerlərdə bərabərdirsə, qadını analıq vəzifəsini yerinə yetirməyə ürəkləndirmək ya... kimi digər cəhətlərə görədir. Hər halda qeyd olunanların hamısı hikmət idi, səbəb deyildi. Yəni qadınla kişinin irsinin bərabər olmaması yalnız evin xərclərini kişinin öhdəsinə görə deyil ki, bu sistem dəyişilən zaman hökm də dəyişilsin və qadının irsi kişi ilə bərabər olsun.


 

[1] - Tozihul- məsail, cild 2, 2734, 2735, 2736, 2737, 2738- ci məsələlər.

[2] - Həmin, məsələ, 2732.

[3] - Həmin, məsələ, 2733.

[4] - Həmin, məsələ, 2743, 2744, 2745.

[5] - Həmin, məsələ, 2749.

[6] - Həmin, məsələ 2757.

[7] - Həmin, məsələ, 2759.

[8] - Həmin, məsələ, 2757, 2759.

[9] - Misal üçün bu tarixi hadisiyə diqqət edin: Peyğəmbər (s) Həzrət Əli (ə) Həzrət Fatimənin (ə) ev işlərini bölərkən buyurdu: Ev işləri, Həzrəti Fatimənin (ə) öhdəsinə, çöl işləri Əli (ə)- ın öhdəsindədir. Həzrət Fatimə (s) buyurdu: Allahdan başqa heç kəs bu bölgüdən nə qədər sevindiyimi bilməz. Biharul- ənvar, cild 34. səh 31 və 81, vəsailüş- şiə, cild 14, səh 123. Təfsirul- burhan, cild 1, səh 282.

[10] - Daha çox məlumat əldə etmək üçün, baxın: İslam fiqhində qadın və kişinin irsinin fərqləri, sual 8875, (sayt: 8879).


 

Просмотров: 349 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: