Главная » 2014 » Май » 14 » Papa çılpaq göstərən yoxlayıcıya etirazını bildirdi
15:05
Papa çılpaq göstərən yoxlayıcıya etirazını bildirdi

Mülki quruluşlar və müsəlman təşkilatlarından sonra katoliklərin dini lideri Roma Papası XVI Benedikt də çılpaq göstərən bədən yoxlayıcılarına etiraz etdi. İtaliyanın Nəqliyyat Naziri Altero Matteoli və Hava yolları sindikat rəhbərlərini Vatikanda qəbul edən Roma Papası sonuncu terror hadisələriylə birlikdə, xüsusən hava limanlarında gücləndirilən təhlükəsizlik tədbirlərinin sərnişinlərin şərəflərinə toxunacağını xatırladaraq belə dedi: “Tətbiqat təhlükəsizliyin təminatı üçün həyata keçirilsə də, nəzarət şəxsi həyatla bağlı olduğuna görə bu insanların şərəfinə toxunur. Hava limanları müxtəlif dinlərdən və ölkələrdən gələnlərin qarşılaşdığı sərnişin platformasıdır. Bu səbəbdən təhlükəsizlik tədbirləri görülərkən insanların şəxsiyyəti də nəzərə alınmalıdır. Ən azı dini missiyanı öz üzərinə götürənlərə bu üsulu həyata keçirməmələrini tövsiyə edirəm

Просмотров: 267 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: