Главная » 2014 » Май » 12 » Nəsihət
14:30
Nəsihət

Nəsihət

Haqlılarla bir ol, haqçün vuruş ki,

Düşmən qabağında yenilməyəsən.

Alnını Allahçün səcdəyə qoy ki,

Bəndə qarşısında əyilməyəsən.


 


 


 

Hər zaman qəlbini Allaha bağla,

Şeytanın ürəyin təqvanla dağla.

İbadətlərində sidqiylə ağla

Din günü xəcalət görünməyəsən.


 

Hər vaxt insanlığa sən xidmət elə,

Əvəzin o Uca Tanrıdan dilə.

Etdiyin işləri gətirmə dilə,

Həşrə riyakarla gətrilməyəsən.


 

Gördüyün işləri yüz ölç, bir də biç,

Sonra kamilliyin məktəbindən keç

Özünə Zəhranı daim ülgü seç

Dəyməmiş meyvə tək dərilməyəsən.


 

Zaman tez ötüşür keçir ilbəil

Gərəksiz anları hafizəndən sil.

Xoşbəxtliyin qədrin yaxşı gündə bil

Çətin günlərində gərilməyəsən.


 

Xeyirlə dostluq et, şərlə düşmən ol

Budur Əhli - beytin göstərdiyi yol.

Bəla, müsibətdə dağ tək möhkəm ol

Sınaq tapdağında əzilməyəsən.


 

Nuri, nəsihəti diqqətlə dinlə

Sədaqəti göstər öz əməlinlə.

Ücbdən uzaq ol itaətinlə,

Qəlbi kirlənmişə çevrilməyəsən

Nuridə Fətullayeva


 

Просмотров: 371 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: