Главная » 2014 » Май » 12 » İmam Muhəmməd Təqinin (ə) hədislərindən nümunələr
14:46
İmam Muhəmməd Təqinin (ə) hədislərindən nümunələr

 

İmam Muhəmməd Təqinin (ə) hədislərindən nümunələr (10 rəcəb – o həzrətin mövlud günü münasibətilə)

“Mömin üç xasiyyətə möhtacdır (yəni mömində bu üç xasiyyət olmalıdır): Allah-təaladan yardım, öz içindən moizəçi (vicdan) və ona nəsihət edən adamın sözünü qəbul etmək bacarığı”.

“Pis adamlarla durub-oturmaqdan çəkin. Onlar zəhərli qılınc kimidirlər. Üzdən gözəl (parlaq) görünürlər, amma təsirləri çox ziyanlıdır”.

“Hər kim ümidini Allahdan üzüb başqa adama bağlasa, Allah da onu həmin adamın öhdəsinə buraxar”.

“Etdiyi hərəkətin yerini bilməyən adam hadisələrin əlində həlak olar”.

“Ən üstün ibadət – ixlasdır (səmimiyyətdir)”.

“Möminin izzəti başqalarından ehtiyacsız olmaqdadır”.

“Əgər Allahın razılığını qazanmağı düşünsən, zülm sahibləri sənə ziyan yetirə bilməzlər”.

“Dininə və əmanətdarlığına inandığınız bir adam qızınıza elçi düşsə, qızınızı ona ərə verin. Belə etməsəniz, yer üzündə fitnə və böyük fəsad yaratmış olarsınız”.

“Əgər cahillər sussalar, camaat ixtilafa düşməz”.

“Hər kim pis hadisəni tərifləsə, özü də ona şərik olar”.

“Hər kim özünü Allahın vasitəsilə başqalarından ehtiyacsız etsə (yəni Allahdan başqasına əl açmasa), camaat ona ehtiyac duyar. Hər kim Allaha münasibətdə təqvalı olsa, camaat istər-istəməz onu sevər”.

“Bəndə öz dinini şəhvani istəklərindən üstün tutmayınca imanın həqiqətlərini duymaz. Əksinə, şəhvətini dinindən üstün tutmayınca həlak olmaz”.

“Elm öyrənməyi sizə tövsiyə edirəm. Elm öyrənmək fərizə (vacib), elmi bəhslər etmək nafilədir (müstəhəbdir). Bu (yəni elm), din qardaşlarını bir-birinə mehriban edən bağlılıqdır, mərdliyin nişanəsi, məclisin hədiyyəsi, səfər müsahibi və qəriblik zamanı munisdir”.

“Təvazökarlıq – elmin bəzəyi, gözəl ədəb-ərkan – ağlın bəzəyi, xoşüzlülük isə həlimliyin bəzəyidir”.

“Səbrə arxalan, fəqri (ehtiyacsızlığı) özünə dost tut, şəhvətdən uzaq ol, nəfsani istəklərə arxa çevir. Bil ki, heç zaman Allahın gözündən gizlənə bilməyəcəksən. Elə isə, diqqətli ol ki, hansı haldasan (yəni Allahın nəzarəti altında nə ilə məşğulsan)”.

“Kim rükusunu kamil şəkildə icra etsə, qəbrin içində qorxuya düçar olmaz”.

“Əmr bil-məruf və nəhy ənil-münkər Allahın iki məxluqudur. Hər kim bunları icra etsə, izzətli və cəlallı Allah ona izzət bəxş edər. Hər kim bunlara əskik baxsa, izzətli və cəlallı Allah onu xar edər”.

“Allah bəzən möminin malını və övladını əlindən alar ki, bunun əvəzində ona mükafat versin”. (Yəni bəzən möminin malına və övladına zərər gələr. Əgər o, səbr etsə, əvəzində böyük mükafat qazanar).


 

Просмотров: 356 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: