Главная » 2014 » Май » 12 » İmam Əlinin (ə) qısa kəlamları
19:55
İmam Əlinin (ə) qısa kəlamları

Bilmədiyin şeyi danışma,hər bildiyini də demə.Ona görə Allah təala bəndənin hər üzvünə bir hökmü vacib edib ki,qiyamət günü onlar ilə sənə dəlil gətirəcək.

Bir gündə illik ruzi haqqında düşünmə.Bilki,hər kəsin ruzisi həmin gün üçün kifayətdir.

Eyiblərin böyüyü odur ki,səndə ola-ola başqasında axtarasan.

Günah etməyi asan və kiçik bilmək ən böyük günahdır.

Hər kim başqası üçün pis fikirləşsə,onun üçün də pis fikirləşərlər

Günah etməmək tövbə etməkdən asandır.

Yadda saxlayın ki,ləzzətlər gedəcək günahlar isə yerdə qalacaq.

O qədər olub ki,axirət əməlini sabaha saxlayıb,ölüm isə onu bu gün yaxalayıb.

İnsan üçün böyük eybəcərlik odurki,zahirini bəzəyər,daxili çirkin olar.

Çətinlikdə də,asanlıqda da Allahdan razı ol!

Allaha görə görülən əməllərin gözəlliyi,onun gizli olmasındadır.

Dünyanın hekayəsi ilanın hekayəsinə bənzər-əlini üstünə çəkirsən yumşaq və xoşa gələndir,içərisində isə öldürücü zəhəri var.

Hər şirinliyin bir acılığı və hər acılığın bir şirinliyi var,vaxtı sovuşanda elə bil heç biri olmayıb.

Dostuna bütün sirləri açma,bir gün həyat onu sənə düşmən edər peşiman olarsan.Düşmənçilikdə pərdəni yırtma,bir gün gələr dostlaşarsan xəcalət çəkərsən.

Görmək təkcə göz ilə deyil,bəzən gözlər sahibini aldadır.

Xəlvətdə günah etməkdən çəkin,əslində etdiyin günah sənin əsl şahidindir.

Dünya xoşluğunun ki, aqibəti od olacaq,xoşluq deyil,dünya çətinliyinin ki,aqibəti behişt olacaq,xoşluqdur.

Hər kəs Allahdan qorxsa zülm etməz.

Dünya və axirət iki barışmaz düşməndirlər.Birinə yaxınlaşarkən,o birindən uzaqlaşırsan.

Əmanəti sahibinə qaytarın,əgər o Peyğəmbər övladının qatili də olsa.

Просмотров: 427 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: