Главная » 2014 » Май » 12 » “Hadisələr zamanı insanların kimliyi aydın olar”
13:50
“Hadisələr zamanı insanların kimliyi aydın olar”


 

Həzrət Əli (ə):
Dua üçün beş məqamı qənimət sayın: Quran tilavəti zamanı, azan veriləndə, yağış yağanda, Allah yolunda cihad gedişində, məzlum ah çəkəndə...



Həzrət Əli (ə):
Övladın xəstələnməsi ata-ananın günahlarının kəffarəsdidir...

Həzrət Əli (ə):
Riyakarın əlamətləri var: tək olduqda tənbəldir və halsızdır, adam arasında qıvraq və şad; təriflənəndə yaxşı və cəld işləyir, tənqid olunanda tənbəlləşir...

Həzrət Əli (ə):
Hər bir insanın dəyəri onun təlaşı, himməti qədər, cəsarət və gücü güzəşt və ehsanı qədər, düzlük və sədaqəti alicənablığı qədər, paklığı qeyrəti qədər dir.

Həzrət Əli (ə):
Nisyə və borc götürməkdən qaçın. Bunlar qəmə səbəb olar, insanı alçaldaldar.

Həzrət Əli (ə):
Yola çıxanda yaxşı yoldaş, ev alanda yaxşı qonşuya diqqətli ol.

Həzrət Əli (ə):
Mömin o insandır ki, xalqın rifah və rahatlığı üçün özünə zəhmət verər, ətrafdakılar ondan amanda qalar.

Həzrət Əli (ə):
Hadisələr zamanı insanların kimliyi aydın olar.

İslam Peyğəmbəri (ə):
Bir gün gələr ki, Allahın dini parça-parça olar. Onlar sünnəni bidət, bidəti sünnə kimi qəbul edərlər. Böyük insanları hiyləgər, hiyləgərləri şəxsiyyət sahibi sayarlar.

İslam Peyğəmbəri (ə):
Zaman gələr ki, ən çətin iş insanın öz imanını qoruması olar. O vaxt dindarlığını saxlayan sanki əlində od parçası saxlayıb.

Həzrət Əli (ə):
Dünyanın sonunda da imanlı insanlar olar. Fitnələr onların imanından yağış daşdan qopardığı qədər aparar. Amma onlara çox çətin olar.

İmam Sadiq (ə): Həzrət Qaim (əc) zühur edəndə Allah onun yardımçılarının qulaq və gözünə elə bir güc verər ki, dünyanın hansı nöqtəsində olsa imamlarını görərlər.


İslam Peyğəmbəri (ə):
Naməhrəm qadınla zarafat edən insan qadına dediyi hər sözə görə qiyamətdə min il həbs olunar.

İmam Sadiq (ə):
Allah-Taala qəzəb, tamah, qorxu və şəhvət güc gələndə özünə nəzarət edən insanı cəhənnəm oduna haram buyurub.


 

Просмотров: 329 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: