Главная » 2014 » Май » 18 » Dünyanın ən qədim uzun Qurani-Kərim nüsxəsinin uzunluğu nə qədərdir?
11:30
Dünyanın ən qədim uzun Qurani-Kərim nüsxəsinin uzunluğu nə qədərdir?

Dünyanın ən qədim uzun Quran nüsxəsi Ərzurumda nümayiş olunur

İslamazeri.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, dünyanın ən uzun və ən qədim Qurani-Kərimi Türkiyənin Ərzurum şəhərindəki Yaqutiyyə mədrəsəsində "Müqəddəs Miras" sərgisində insanlara nümayiş olunur.

Nümayiş olunan Qurani-Kərimin uzunluğunun 25 metr olduğu qeyd olunur.

Bu Quran nüsxəsinin 16-cı əsrdə yazıldığı ehtimal olunur. Onu da qeyd edək ki, Türkiyədə nümayiş olunan bu Qurani-Kərimdən dünyada sadəcə bir nüsxə mövcuddur.

Məlumat üçün onu da qeyd edək ki, müasir dövrdə hazırlanmış ən uzun Qurani-Kərimin uzunluğu 208 metrdir.

Просмотров: 728 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: