Главная » 2014 » Май » 12 » Bilmək istəyirsən...
14:32
Bilmək istəyirsən...

Bilmək istəyirsən ata həsrətin?
Içində baş gələn sinidən soruş...
Bilmək istəyirsən ata hünərin?
Boğaza saplanan şiş oxdan soruş...
Bilmək istəyirsən qorxmazlıq nədir?
Ekbəri doğrayan qılıncdan soruş...
Bilmək istəyirsən yalnızlıq nədir?
Kimsəsiz qan dolmuş meydandan soruş...
Bilmək istəyirsən hicran qəmini?
72 tapılmayan kəfəndən soruş...
Bilmək istəyirsən əmi qeyrətin?
Ləbə toxunmayan fəratdan soruş...
Bilmək istəyirsen əyilməz kimdir?
Abbası atdan salan nizədən soruş...
Bilmək istəyirsən bayraqdar kimdir?
Sən onu kəsilmiş biləkdən soruş...
Bilmək istəyirsən ana laylasın?
Rübaba boş baxan beşikdən soruş...
Bilmək istəyirsən yiyəsiz kimdir?
Od vurulub yanan ətəkdən soruş...
Bilmək istəyirsən həsrət kim cəkdi?
Leylanın zindanı xeymədən soruş...
Bilmək istəyirsən gözəllik nədir?
Kərbəlanı vəsf edən Zeynəbdən soruş...


 

Просмотров: 362 | Добавил: Администратор | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: